09:19 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10111

Sakit Okean hövzəsində baş qaldıran dəli qasırğa region ölkələrində fəlakətlər törədir.

BAKI, 24 avq-Sputnik. Filippində tüğyan edən güclü "Qoni" qasırğası qurbanlarının sayı 26 nəfərə çatıb. Hazırda tropik qasırğasının mərkəzində küləyin sürəti saatda 180 kilometrə, bəzi hallarda isə 255 kilometrə çatır. Təbii fəlakət bölgəsində dəniz dalğalarının hündürlüyü 12 metrə qədər qalxır.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, həlak olanların əksəriyyəti ölkənin şimalında yerləşən Luson adasındakı Mankayan şəhəri yaxınlığında salınmış şaxtaçı düşərgəsində torpaq sürüşməsi zamanı həyatını itirib. Yerli hökumət sürüşməyə leysanların səbəb olduğunu bildirib.

Xilasedici xidmətin nümayəndəsi hazırda 13 şaxtaçının cəsədinin aşkarlandığını deyib. Dağıntılar altında qalanların dəqiq sayı bəlli olmadığından təbii fəlakət qurbanlarının sayının artacağı istisna edilmir.

Qasırğa nəticəsində 47 ev tamamilə dağılıb, mindən çox ev isə ciddi xəsarət alıb. 72 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, Koreya dilində qu quşu mənasını verən "Qoni" bu mövsümdə Sakit Okean üzərində baş verən 15-ci qasırğadır. Hazırda Yaponiyanın Okinava ada-prefekturasında qərar tutan qasırğa şimala – Kyusyu adasına və Koreya yarımadasının şərq sahillərinə doğru hərəkətini davam etdirir.

Bu gün güclü “Qoni” tufanının yaxınlaşması nəticəsində Yaponiyanın cənub prefekturası olan Okinavada qasırğa xəbərdarlığı elan olunub. Bu barədə Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dalğaların həmin ərazidə 12 metrə, cənub-qərbdə yerləşən Kyuşü adası rayonunda isə 9-10 metrə çatacağı gözlənilir.

Tropik qasırğa səbəbindən yapon aviaşirkətləri 240-dan çox daxili aviareysi təxirə salmalı olub. Eyni zamanda, bərə nəqliyyatının hərəkəti dayandırılıb.

Hazırda tufanın Okinava sahillərinə çatdığı bildirilir. Onun mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır.

“Qoni” tufanı cari ildə Sakit okeanda yaranmış sayca 15-ci tropik qasırğadır.

Filippində təbii fəlakət nəticəsində 10 nəfər həlak olub, ölkənin böyük bir ərazisində güclü selə və torpaq sürüşməsinə səbəb olan leysan yağışlar qeydə alınıb.

Teqlər:
Qoni tufanı, Fillipində qasırğa, Qoni qasırğası, Filippində tüğyan edən güclü "Qoni" qasırğası, Filippin

Əsas mövzular