BAKI, 24 avq — Sputnik. Yaponiyada ABŞ hərbi bazasında güclü partlayış baş verib.
Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, partlayış barəda xəbəri ilk olaraq “Channel 1” telekanalının jurnalisti öz “Twitter” səhifəsində paylaşıb. Jurnalist xəbərlə yanaşı partlayışın şəkillərini və videogörüntülərini də paylaşıb.
Məlumata əsasən, hadisə Yaponiyanın Saqamixara şəhərində ABŞ-a məxsus hərbi bazada texniki təchizat anbarlarından birində baş verib.
Bu arada Yaponiyada poladtökmə zavodunda güclü yanğın olub. Yanğından mühafizə xidməti yanğının Tokionun Haneda beynəlxalq aeroportu yaxınlığındakı poladtökmə zavodundan başladığını bildirib. "Yanğın iki metrlik soyutma qülləsində baş verib." — deyə yanğından mühafizə xidmətinin nümayəndəsi bildirib.
#BREAKING: More pictures of the explosions at an army base in #Kanagawa #Japan pic.twitter.com/ozHeSBgFRK
— Amichai Stein (@AmichaiStein1) 23 августа 2015
Sözügedən zavod Yaponiyanın Nippon Steel poladtökmə şirkətinə mıxsusdur. İnsidentin səbəbləri hələ ki, məlum deyil.
Haneda aeroportu Yaponiya paytaxtındakı iki beynəlxalq aeroportdan biridir.
Another video of the explosion at the #US base in #Japan earlier — VIA @rConflictNews pic.twitter.com/iVbpFanX6x
— Amichai Stein (@AmichaiStein1) 23 августа 2015