00:38 26 Sentyabr 2017
Canlı yayım
İki təyyarə havada toqquşdu

Aviaşouda növbəti dəfə iki təyyarə toqquşub

XƏBƏRLƏR
Qısa URL
5420

İsveçrənin şimalında keçirilən aviaşouda baş verən qəzada bir nəfər ölüb.

BAKI, 23 avq-Sputnik. İsveçrənin şimalında keçirilən aviaşouda iki təyyarə toqquşub. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, qəza Dittingen kommunasında (Bazel-Land kantonu) baş verib.

Yerli polisin Röytersə verdiyi məlumata görə, baş vermiş qəzada bir nəfər ölüb. 

Aviaşounun təmsilçisi Daniel Firxter toqquşma faktını təsdiqləyib və bildirib ki, xilasetmə xidməti hadisənin baş verdiyi yerdədir. Toqquşmuş təyyarələrin modeli hələ dəqiqləşdirilməyib. 

Avqustun 22-də Britaniyanın West Sussex (Qərbi Sasseks) qraflığında Shoreham aviaşousunda oxşar insident baş vermişdi. Qırıcı-bombardmançı Hawker Hunter dönmə hərəkətləri edərkən manevri tamamlaya bilməyib. Nəticədə təyyarə A27 yoluna düşüb. Yeddi nəfər hadisə yerində ölüb, iki nəfərsə hospitala yerləşdirilib. Polisin məlumatına görə, qəzada 14 nəfər xəsarət alıb. Hadisədən dərhal sonra pilotun yaşadığı məlum olub. 

Teqlər:
polis, Hawker Hunter, Qırıcı-bombardmançı, RİA Novosti, qəza, təyyarə, aviaşou, İsveçrə, aviaqəza, Daniel Firxter, Bazel-Land kantonu, Qərbi Sasseks, West Sussex qraflığı, West Sussex, İsveçrə

Əsas mövzular