00:23 26 Sentyabr 2017
Canlı yayım
Ukraynanın bayrağı

Rada Ukrayna bayrağına sədaqət andı haqqında qanun qəbul edəcək

fastpic.ru
XƏBƏRLƏR
Qısa URL
3511

Pyotr Poroşenko: Bayraq simvoldan daha üstün məna daşıyır və həyatdan daha vacibdir.

BAKI, 23 avq-Sputnik. Ali Radada dövlət bayrağı və Ukraynaya sədaqət andı haqqında qanun layihələri müzakirəyə çıxarılacaq. 

Sputnik Ukraynanın Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arsen Yatsenyuk Lvovda Ukrayna bayrağının təntənəli qaldırılması mərasimində deyib. «Bu qanun dövlətin milli simvollarına hörmət əlaməti ifadə edir. Həmçinin müəyyən edir ki, hər bir dövlət müəssisəsində, hər bir məktəbdə, hər bir xəstəxanada, hər bir həyətdə dövlət bayrağı dalğalanmalıdır. Bu bayraq bizim birliyimizin, müstəqilliyimizin, gələcəyimizə inamın rəmzidir." — deyə hökumət başçısı bildirib. 

Avqustun 23-də Ukrayna prezidenti Pyort Poroşenko Kiyevdəki Sofiyev meydanında bayraqqaldırma mərasimində bəyan etmişdi ki, "bayraq qələbənin və məğlubiyyətin canlı şahididir. Bayraq simvoldan daha üstün məna daşıyır və həyatdan daha vacibdir". Avqustun 23-ü Ukraynada Dövlət Bağrağı Günüdür. Bu gün eks-prezident Leonid Kuçmanın fərmanına əsasən 2004-cü ildən rəsmi bayram kimi qeyd edilir. 2009-cu ildə prezident Viktor Yuşenko bu fərmana dəyişiklik edib və hər il 23 avqustda ölkənin hər yerində rəsmi bayraqqaldırma mərasimlərinin keçirilməsinə qərar verib.
Ukrayna bayrağının yuxarısındakı göy rəng səmanı, aşağı hissəsindəki sarı rəng isə Ukraynanın buğda sahələrini simvolizə edir. 

Teqlər:
simvol, bayraq, prezident, Nazirlər Kabineti, Ukrayna, Ali Rada, Lvov, Kiyev, Ukrayna prezidenti Pyort Poroşenko, Ukraynanın baş naziri Arsen Yatsenyuk, Pyotr Poroşenko, Ukraynanın baş naziri Arsen Yatsenyuk, Ukrayna

Əsas mövzular