00:31 26 Sentyabr 2017
Canlı yayım
Böyük Britaniyanın bayrağı

Böyük Britaniya İranda səfirliyini bərpa edib

sunhome.ru
XƏBƏRLƏR
Qısa URL
11310

2003-cü ildən sonra ilk dəfə olaraq Böyük Britaniyanın xarici işlər naziri Tehrana gedib.

BAKI, 23 avq-Sputnik. Bu gün Tehranda Böyük Britaniyanın səfirliyi açılıb və səfirliyin bağçasına bayırdan görünməyəcək şəkildə Birləşmiş Krallığın bayrağı sancılıb.

Sputnik xəbər verir ki, açılış mərasimində Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond iştirak edib.

Filip Hemmond 2003-cü ildən sonra Böyük Britaniyanın İrana səfər edən ilk xarici işlər naziri olub.

Səfər zamanı Hemmondun İranın prezidenti Həsən Ruhani, parlament spikeri Əli Laricani və xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü planlaşdırılıb.  

Britaniya səfirliyi 2011-ci ildə İrana tətbiq edilən sanksiyalara etiraz edən bir qrupun binaya hücumunun ardından bağlanmışdı. Səfirlik binasının yağmalanması və bəzi sənədlərin oğurlanmasından sonra İngiltərə də Londondakı İran səfirliyini bağlayaraq diplomatları arzuolunmaz şəxslər elan etmişdi. 

 

Teqlər:
sanksiyalar, səfirlik, səfər, bayraq, Əli Laricani, Cavad Zərif, Həsən Ruhani, Filip Hemmond, Birləşmiş Kralllıq, İran, Böyük Britaniya, səfirlik, Məhəmməd Cavad Zərif, Əli Laricani, İran İslam Respublikasının prezidenti Həsən Ruhani, Filip Hemmond, Böyük Britaniya, İran

Əsas mövzular