05:56 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
29071

Ötən ay Lent.az-ın qəbiristanlıqda yaşayan ailə haqqında reportajının qəhrəmanları üçün tikilən evin tikintisi artıq başa çatıb və ailə yeni evinə köçüb.

BAKI, 21 avq — Sputnik. Ötən ay Lent.az-ın qəbiristanlıqda yaşayan ailə haqqında reportajının qəhrəmanları üçün tikilən evin tikintisi artıq başa çatıb və ailə yeni evinə köçüb. Yazıdan sonra "Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi çağırışa cavab verdi. Və ailənin Hökməlidə olan torpaq sahəsində evin tikintisi başladı.

Ümumilikdə evin tikintisinə 31800 manat xərc çəkilib. Xərcin 90 faizi yazıdan sonra xeyirxah insanlar tərəfindən edilən nağd pul yardımları hesabına ödənilib, 10 faizini isə ayrı-ayrı insanlar tərəfindən hədiyyə edilən ləvazimatlar təşkil edib. Evin sahəsi 110 kv. metrdir. 40 günə hazır olan evin ayrıca kombi sitemi, zirzəmisi də var. Həyətində sürüşmə olduğundan evin bünövrəsi keyfiyyətli betonlanıb.

Artıq bundan sonra Fatimə, Zəhra və Zeynəb təmiz və sağlam şəraitdə böyüyəcəklər.

Əsas mövzular