02:30 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
7901

Sabah paytaxtda 24-28 dərəcə isti olacaq.

BAKI, 21 avq — Sputnik. Avqustun 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Hərarətin gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacağı gözlənilir. 


Teqlər:
yağışlı hava, yağış, hava proqnozu, havanın temperaturu, hava haqqında, hava, Abşeron yarımadası, Abşeron, Bakı, Azərbaycan

Əsas mövzular