BAKI, 20 avq – Sputnik. İstanbulun Qazi məhəlləsində bir qrup PKK tərəfdarı olan şəxs AKP hökumətinin polis təzyiqlərinə və hərbi əməliyyatlarına etiraz olaraq öz müxtariyyətini elan edib.
Nümayişçilər PKK lideri Abdullah Öcalanın azadlığa buraxılmasını tələb ediblər.
Özlərini Qazi Xalq Hərəkatı adlandıran qrupun adından danışan Gülşen Biter məhəllə sakinlərinin polisin reyd və əməliyyatlarına qarşı müqavimət göstərəcəklərini deyib. Gülşen Biter əlavə edib ki, onlar artıq dövlət qurumlarını tanımırlar.
Bundan başqa, G.Biter qeyd edib ki, Ağrı vilayətindəki Şərqi Bəyazit bölgəsi də özünü müstəqil elan edib. Hərəkat rəhbərinin sözlərinə görə, özlərini müstəqil elan edən qurumlar özünümüdafiə haqqına sahibdirlər və bunu edəcəklər.