14:39 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Bakı

Bakıda son 5 ildə həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib

TREND
XƏBƏRLƏR
Qısa URL
5420

“The Economist”: Bakı son 5 ildə həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərdən biridir.

BAKI, 19 avq — Sputnik. “The Economist” nəşri, 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).

Analitiklər 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.

Hesabata əsasən,  mülki iğtişaşlar, (məsələn, Honkonq və ABŞ-da), terrorizm (məsələn, Yaxın Şərqdə "İslam dövləti" və ya Afrikada "Boko-Xaram") və ya lokal münaqişələr (məsələn, Ukraynanın cənub-şərqində) səbəbindən həyat səviyyəsi aşağı düşüb.

Əsas mövzular