11:46 21 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Saç stilləri

Dünya ölkələrində ən populyar saç düzümləri

XƏBƏRLƏR
Qısa URL
438552

Hindistanda saç qız üçün var-dövlət sayılır, fransızlar üçünsə heç nə.

BAKI, 19 avq – Sputnik. Bu sizə elə gələ bilər ki, insanlar sadəcə uzun, yaxud sadəcə kəsilmiş saçlarla qane olur. Əlbəttə ki, elə deyil. Yer planetinin sakinləri belə kosmopolitizmlə keçinmirlər. Hər bir ölkə bu sahəyə öz möhürünü vurmaqda, öz nişanını qoymaqda maraqlıdır. Sputnik sizə bir neçə ölkənin brendinə çevrilmiş saç düzümünü təqdim edir. 

1. Kolumbiya

Kolumbiya öz milli koloritləri əlavə edilmiş tipik Hollivud saç düzümlərinə üstünlük verir.  Pis deyil, hə?

Kolumbiyada saç düzümü
Kolumbiyada saç düzümü

2. Yaponiya

Yaponlar özlərindən əmindirlər. Yaponların milli stili  kino və Japan-inspired fotosessiyalardan bəhrələnib — gur, ideal şəkildə düzəldilmiş yumru qısa saç və düz kəkil.

Yaponiyada saç düzümü
Yaponiyada saç düzümü

3. Filippin

Filippinlərdə adalılar ən yaxşı dəbin tarixi kökləri olan dəb olduğunu hesab edirlər və Asiya gözəlliyini özündə ehtiva edən bob stilli asimmetrik qısa saçlara üstünlük verirlər.

Filippində saç düzümü
Filippində saç düzümü

4. Böyük Britaniya

Dumanlı Albionun qəlbi, görünür, Mik Cagger zəmanəsinin ritmi ilə döyünür. Uzun düz saçlar və qalın kəkillər bizi Britaniya rokunun keçmişinə qaytarır.

Böyük Britaniyada saç düzümü
Böyük Britaniyada saç düzümü

5. Fransa

Fransızların məşhur prinsipləri nəyisə dəyişmək yox, onu olduğu kimi saxlamaqdır. Fransız stili belə xüsusi və özünə arxayındır. Bu qız da elə bil yataqdan indicə qalxıb.

Fransada saç düzümü
Fransada saç düzümü

6. Hindistan

Hindistanda saç qızlar üçün var-dövlət hesab edilir. Sağlam, qalın və kifayət qədər uzun saçlar.  Siz məşhur hind filmlərinə baxsanız, məhz onlar üçün favorit saçların məhz təsvir etdiyimiz kimi olduğunu görərsiz. Onlarda kəkilə üstünlük verilmir. Hesab edilir ki, kəkil qadının fikirlərini kişidən gizlədir.

Hindistanda saç düzümü
Hindistanda saç düzümü

7. Braziliya

Rio-de-Janeyroda təkcə ağ şalvarlar və Ostap Benderin şərfinə oxşayan şərflər populyar deyil.  Onlarda ütülənmiş uzun saçlar da populyardır. Maksimum təbii saçlar.

Braziliyada saç düzümü
Braziliyada saç düzümü

8. Avstraliya

Çöllük uşaqları. Uzun, açıq rəngli, boyanmamış təbii sarışın saçlar, Avstraliya üslübunda qaralmış dəri və ala gözlər.

Avstraliyada saç düzümü
Avstraliyada saç düzümü

Əsas mövzular