00:20 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
S-300 uçaksavar sistemi

Ağ Ev Rusiyanın İrana S-300 raketləri satmasından narahatdır

© Sputnik / Igor Zarembo
XƏBƏRLƏR
Qısa URL
10110

Con Kirbi: Rusiya və İran arasında S-300-lərin satışına dair məlumatımız var, hətta bunun bir neçə gün ərzində reallaşa biləcəyini də bilirik.

BAKI, 19 avq – Sputnik. Rusiyanın S-300 raket sistemlərini İrana göndərməsindən narahatıq. Bunu gündəlik mətbuat konfransında ABŞ dövlət katibinin spikeri Con Kirbi deyib. Onun sözlərinə görə, sözügedən raket müdafiə sistemlərinin İrana satılmasından Vaşinqton ciddi narahatdır. 

“Rusiya və İran arasında S-300-lərin satışına dair məlumatımız var. Hətta bunun bir neçə gün ərzində reallaşa biləcəyini də bilirik. Əlbəttə biz İrana bucür silahların satılmasından narahatıq” — deyə Kirbi qeyd edib.

Bunun İranla Qǝrb ölkǝlǝri arasında qǝbul edilǝn ǝtraflı nüvǝ sazişinǝ zǝrǝr verib-vermǝyəcəyi ilə bağlı sualı da cavablandıran spiker, BMT Tǝhlükǝsizlik Şurasının qǝrar layihǝlǝri çǝrçivǝsindǝ belǝ müdafiǝ sistemlǝrinin İrana daşınmasının qadağan olmadığını bildirib. 

 

Teqlər:
S-300 raket sistemi, S-300 raket sistemləri, S-300

Əsas mövzular