09:27 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
XƏBƏRLƏR

Azərbaycanlı turistlər Tailanda getmirlər

XƏBƏRLƏR
Qısa URL
16110

Aydın İsmiyev: Azərbaycan vətəndaşları çox nadir hallarda Tailanda səfər edirlər. Səfərlərin əksəriyyəti də turizm yox, işgüzar xarakterli olur.

BAKI, 19 avq – Sputnik. Azərbaycandan Tailanda səfər edənlər o qədər də çox deyil.

Sputnik xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev deyib.

İsmiyev bildirib ki, Azərbaycan vətəndaşları cənubi-şərqi Asiya ölkələrinə getməyə o qədər də çox maraq göstərmirlər. Qurum rəsmisi Tailandda baş verən terror hadisələri ilə bağlı insanların bu ölkəyə səfərlərlə bağlı tövsiyələrinin olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Azərbaycan vətəndaşları çox nadir hallarda Tailanda səfər edirlər. Səfərlərin əksəriyyəti də turizm yox, işgüzar xarakterli olur. Buna görə narahatlığa əsas görmürəm”.

Banqkokun mərkəzində Ratçaprasonq qovşağında baş verən partlayış nəticəsində 21 nəfər həlak olub, 120 nəfər isə yaralanıb.


Teqlər:
Tailanda səfər, Tailandda istirahət

Əsas mövzular