15:32 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
интернет

Türkiyə İŞİD-i təbliğ edən internet səhifəsini bağladı

google.ru
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Müşfiq Əmirov: Azərbaycanda İŞİD-i təbliğ edən internet resursları yoxdur.

BAKI, 19 avq – Sputnik. İŞİD terror təşkilatının türk dilində yayımlanan internet saytı və rəsmi twitter səhifəsinə giriş Türkiyə hökuməti tərəfindən əngəllənib. 

Türkiyə Telekommunikasiya və Rabitə nazirliyi tərəfindən verilən məlumatda bildirilir ki, "Darülxilafə" adlı sayt və twitter səhifəsi terror təşkilatını təbliğ etdiyi üçün bağlanıb. 

Hökumət daha öncə də, İŞİD-ə bağlı saytları bağlamış, lakin terror təşkilatı daha sonra başqa adlarda veb səhifələr yaratmışdı.

Darülxilafə adlı sayt İŞİD-in Suriyada nəzarəti altında olan Raqqa şəhərindən idarə olunur.

Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov Sputnik-ə bildirib ki, hazırda Azərbaycanda İŞİD-in təbliğatını aparan hər hansı internet resursu mövcud deyil. Nazirlik Azərbaycan ərazisində bu terror qruplaşmasının fəaliyyətini təbliğ edən hər hansı sosial şəbəkə hesablarına da rast gəlməyib. Odur ki, hazırda Azərbaycanın rabitə sistemində İŞİD-lə bağlı hansısa profilaktik tədbirlərin görülməsi aktual deyil.

Əsas mövzular