19:42 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu

Ərdoğan Kılıçdaroğluna hökuməti qurmaq vəzifəsini verməyəcəyini deyib

Presidential Press Service, Kayhan Ozer/Pool Photo via AP
XƏBƏRLƏR
Qısa URL
1901

Türkiyə prezidenti ölkə yazarları ilə görüşündə 2 aylıq müvəqqəti hökumətin qurulacağını bildirib.

BAKI, 19 avq-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Prezident süfrəsi"ndə qarşıladığı qonaqlarına 2 aylıq müvəqqəti hökumətin qurulacağını bildirib. O, Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğluna hökumət qurmaq səlahiyyətini verməyəcəyinin ehtimallarından biri olduğunu qeyd edib. 

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan dünən "Prezident süfrəsi" arxasında ölkə ziyalılarından və yazarlardan Mehmet Şevket Eygi, Ertuğrul Düzdağ, Kadir Mısırlıoğlu, Rasim Özdenören, Mesut Uçakan, Hasan Çelebi, Yavuz Bahadıroğlu, Hasan Celal Güzel, Vehbi Dinçerler, Hasan Aksay və İhsan Süreyya Sırmanı qəbul edib. "Milli Mirasımız və Gələcək Təsəvvürümüz" mövzusunda keçirilən görüşdə ədəbiyyatla bağlı məsələlər müzakirə edilib. Ərdoğan söhbət əsnasında hökümət qurmaqla bağlı fikirlərini bölüşüb. O, 2 aylıq müvəqqəti hökumətin qurulması barədə düşündüyünü deyib. 

Bu arada Ərdoğana bir qeydin olduğu kağız verilib. Ərdoğan kağızda yazılanları görüş iştirakçıları ilə paylaşıb. Burada CHP tərəfindən Kılıçdaroğlunun hökuməti qurmaq vəzifəsini  almaq üçün Prezident Sarayına gedə biləcəyini açıqladığı barədə məlumatın verildiyi bildirilib.  Ərdoğan bundan sonra qarşıda duran vəzifələrlə bağlı qonaqlarına məlumat verib. Qonaqlardan bəziləri Ərdoğanın sözlərini onun Kılıçdaroğluna hökuməti qurmaq vəzifəsini verməyəcəyi kimi şərh edib. Lakin prezident sarayındakı mənbə deyib ki, "Ərdoğan mümkün ehtimalları sadalayıb. Bunlardan birinin də Kılıçdaroğluna hökuməti qurmaq vəzifəsini verməyəcəyi olduğunu bildirib. Bu sadəcə, ehtimallardan biri kimi deyilib". 

Ərdoğan Rizə səyahətində də jurnalistin "daha əvvəl Kılıçdaroğluna vəzifə verə biləcəyinizi söyləmişdiz, yenə eyni fikirdə qalırsız" sualına "artıq şərtlər dəyişib" cavabını vermişdi.

Əsas mövzular