16:36 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Ay tutulması

Sentyabrın 28-də Ay Yer kürəsinə ən yaxın məsafədə olacaq

golos.md
XƏBƏRLƏR
Qısa URL
37 0 0

Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur.

BAKI, 19 avq – Sputnik. Bu il sentyabrın 28-də növbəti Ay tutulması müşahidə ediləcək. Baş verəcək bu təbiət hadisəsi 2014-2015-ci illərin dörd Ay tutulması silsiləsində sonuncudur. 

Bu kosmik hadisə 2015-ci il üzrə Ayın Yer kürəsinə ən yaxın — 356 896 kilometr məsafədə yaxınlaşmasıyla, yəni bədirlənmiş Ayla üst-üstə düşəcək. Kosmik hadisə təxminən 3 saat davam edəcək.

Bədirlənmiş Ay zamanı bu göy cismi Yer kürəsindən adi ölçüsü ilə müqayisədə daha böyuk və parlaq görünəcək. 

Ay tutulması bu il sentyabrın 28-də Qrinviç vaxtı ilə 1:07-də başlanacaq, 4:27-də isə başa çatacaq. Təbiət hadisəsi Avropa, Afrika, Şimali və Cənubi Amerikanın bəzi bölgələrində müşahidə ediləcək.

Teqlər:
sonuncu ay tutulması, günəş tutulması, ay tutulması

Əsas mövzular