00:20 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Boru kəməri

Türkiyə "Türk axını" barədə saziş layihəsini Rusiyaya göndərib

report.az
XƏBƏRLƏR
Qısa URL
15 0 0

Taner Yıldız son 5-6 ayda Rusiya qazının Türkiyəyə idxalında 8% azalma olduğunu deyib.

BAKI, 19 avq – Sputnik. Türkiyə hökuməti "Türk axını" qaz kəmərinin tikintisinə dair saziş layihəsini Rusiya tərəfinə göndərib.

Sputnik-in xəbərinə görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bu barədə xəbər verib. Türkiyənin təkliflərinin detallarını açıqlamasa da, Taner Yıldız son 5-6 ayda Rusiya qazının Türkiyəyə idxalında 8% azalma olduğunu deyib. 

İyul ayında Türkiyənin rəsmi mənbələri qaz kəmərinin tikintisinə dair danışıqların dayandırılması barədə xəbər yaymışdı. Buna səbəb kimi qazın qiymətində endirim edilməsi məsələsində tərəflər arasında fikir ayrılığının olması göstərilirdi. Avqustun əvvəlində isə "Qazprom"un "Türk axını" kəmərinin 4 qolu yerinə, 1 və ya 2 qolunu inşa etmək qərarına gəldiyi haqda xəbər yayıldı. Ankara da məhz bu ölkəyə uzanacaq yeganə qolun tikintisində maraqlı olduğunu bəyan etdi.  

"Türk axını" kəməri Rusiyanın Anapa şəhərindən Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Yunanıstan sərhədinə qədər uzanmalıdır. Yunanıstan sərhədində Avropa ölkələrinə qaz ixracı üçün qazpaylayıcı şəbəkə (xab) yaradılması nəzərdə tutulub. Lakin Avropa İttifaqı Ukraynadan yan keçəcək bu kəmərin tikintisində maraqlı olmadığını və Rusiya qazını əvvəlki marşrut və razılaşmalar çərçivəsində almaq istədiyini bildirib.

Teqlər:
Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri, Türk axını qaz kəməri, Türk axını kəməri, Türk axını layihəsi, Türk axını, Taner Yıldız

Əsas mövzular