09:30 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Kişilərə yasaq edilmiş kənd

Kişilərə yasaq edilmiş kənd

ndi.org
XƏBƏRLƏR
Qısa URL
147611

Bu kənddə “bir gecəlik” gəlin olmuş, 11 yaşında olarkən 57-60 yaşlı kişilərə ataları tərəfindən zorla ərə verilmiş qadınlar və onların uşaqları yaşayır.

BAKI, 19 avq-Sputnik. Umoca kəndində yalnız qadınların yaşamasına icazə verilir. Bura seksual təcavüzün qurbanlarının sığındığı bir Keniya kəndidir və sakinlər bircinsli icma halında yaşayırlar.

Hazırda Umocada 47 qadın və 200 uşaq var. Əhalinin kifayət qədər kasıb yaşamasına baxmayaraq, bu təşəbbüskar qadın və qızlar müntəzəm gəlir qazanır və ərzaq, geyim, yaşayışları üçün lazım olan hər bir şeyi təmin edirlər.

Sputnik Guardian-a istinadən xəbər verir ki, bu kəndin liderləri çaydan 1 km aralıda Safari turist qrupları qalan yerlərdə düşərgə təşkil edirlər. Turistlərin əksəriyyəti, eləcə də təbiət qoruğunun yaxınlığından keçənlər də, həmçinin Umocanı ziyarət edirlər. Qadınlar təvazökarlıqla giriş haqqı alırlar və ümid edirlər ki, nə vaxtsa ziyarətçilər sənət mərkəzlərində qadınlar tərəfindən düzəldilmiş zərgərlik məhsullarını da alacaqlar.

Umoca cəmiyyətinin ən universal cəhətlərindən biri də odur ki, daha təcrübəli sakinlər ətrafdakı Samburu kəndinin qız və qadınlarına erkən nigahlar və qadın sünnəti mövzularında təlim keçir və maarifləndirirlər. Təmtəraqlı muncuqlardan ibarət bəzəklər Samburu mədəniyyətinin ən vacib sürsatı hesab edilir. Qızlar öz ilk boyunbağısını atalarından “Muncuqdüzmə” kimi tanınan mərasim zamanı alırlar. Ata bu zaman qızına müvəqqəti nigah üçün keçmiş “döyüşçü” kişini seçir. Hamiləlik qadağandır, amma kontraseptivlər (hamiləlik əleyhinə qoruyucu vasitələr) də mümkünsüzdür. Əgər gənc qız və ya uşaq hamilə qalarsa, bu zaman o, digər kənd qadınları tərəfindən həyata keçirilən aborta məcbur edilir. Çünki hesab edilir ki, əgər qız erkən yaşda ailə qurursa, bu qız səriştəli valideyn ola bilməz. Gənc olduqları üçün doğuşdan sonra bir çox problemlərlə üzləşirlər: çaş-baş qalırlar, çoxlu qan itirirlər və s.

Umocada qadınlar xoşbəxtdirlər, çünki onlar bu kənddə artıq azad və sərbəstdirlər. Axı əksəriyyəti vaxtilə hətta “bir gecəlik” gəlin olmuş, 11 yaşında olarkən 57-60 yaşlı kişilərə ataları tərəfindən zorla ərə verilmiş qadınlardır.

Bu kənddə çoxlu uşaq da görmək olar. Maraqlıdır ki, kişilərə yasaq olmuş bir kənddə bu necə baş verə bilər?

  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
  • Kişilərə yasaq edilmiş kənd
    Kişilərə yasaq edilmiş kənd
    ndi.org
1 / 6
ndi.org
Kişilərə yasaq edilmiş kənd

Qadınlar gülərək bildirirlər ki, onlar hələ də kişiləri xoşlayırlar və hətta ailəli olmasalar belə, uşaqlarının olmasını çox istəyirlər.

Bu kəndə yaxın digər bir kəndin ağsaqqalı deyir ki, onların kəndində əksər kişilərin 3-4 arvadı olur. Amma onlara məhz Umoca kəndi və qadınları barədə bəhs etdikdə şad görünürlər: “Bu kənddə qadınlar tək yaşayır, evli deyillər, bəziləri cinsi zorakılığa məruz qalıblar, bəziləri erkən uşaq nigahı halını yaşayıblar. Ona görə də kişisiz yaşamağı düşünürlər, amma bu mümkün deyil. Onların əksəriyyəti uşaqla kifayətlənir. Çünki kişilər ətraf kəndlərdə olur və bu qadınları yoldan çıxardırlar. Kişilər gecələr onların komalarına gəlirlər. Başqa heç kəs heç nə görmür.”

Kişilər Umoca barədə danışdıqlarına özləri də gülürlər.

Umoca qadınları hər zaman hesab edirlər ki, onların çox şeyi yoxdur, amma Umoca onların ehtiyacı olan hər şeydir.

Əsas mövzular