17:24 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
XƏBƏRLƏR

Ərdoğan: Dövlətə qarşı tuşlanan hər güllənin cəzası veriləcək

XƏBƏRLƏR
Qısa URL
21 0 0

Türkiyə prezidenti son həftələr yüksələn terror dalğası ilə bağlı sərt bəyanat səsləndirib.

BAKI, 19 avq – Sputnik. Dövlətin və millətin varlığına tuşlanan hər güllənin cəzası mütləq veriləcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Baş Qərargah Hulusi Akarın andiçmə mərasimindəki çıxışında deyib.

Ərdoğan son həftələr yüksələn terror dalğası ilə bağlı sərt bəyanat səsləndirib.

"Arxalarındakı güclərlə Türkiyənin bütövlüyünə, millətin birliyinə, bərabərliyinə, qardaşlığına hücum cəsarəti tapanlar cavablarını alırlar və alacaqlar. Dövlətin və millətin varlığına qarşı tuşlanan hər güllənin, atılan hər bombanın, qazılan hər çuxurun cəzası mütləq veriləcək" deyə dövlət başçısı qeyd edib.

Teqlər:
Türkiyədə terror, Hulusi Akar, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan, Türkiyə

Əsas mövzular