21:38 22 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
XƏBƏRLƏR

Davudoğlu bu axşam Ərdoğana hökuməti qura bilmədiyini bəyan edəcək

XƏBƏRLƏR
Qısa URL
26710

Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlu yeni hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti bu axşam geri qaytaracaq.

BAKI, 18 avq-Sputnik. Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Əhməd Davudoğlu yeni hökuməti formalaşdırmaq üçün prezidentdən aldığı səlahiyyəti bu axşam geri qaytaracaq.

Sputnik Türkiyə xəbər verir ki, Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək ona hökumət qurmaq üçün atdığı addımlarla bağlı məlumat verəcək və bununla bağlı qarşıya qoyulmuş məqsədə nail olmadığını rəsmən bildirəcək.

Davudoğlu əvvəlcə saat 14-də AKP-nin Mərkəzi Qərarvermə və İcra orqanını toplayacaq. Hökumətqurma prosesinin müzakirəsindən sonra baş nazir saat 19-da Beştəpədə prezidentlə görüşəcək. Görüşdə Davudoğlu 9 iyulda ona həvalə edilmiş hökuməti qurmaq vəzifəsini geri qaytaracaq.      

Davudoğlunun Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat partiyalarının (MHP) liderləri ilə apardığı danışıqlarda hər hansı nəticə əldə edilməyib. Hökuməti formalaşdırmaq üçün Konstitusiyada nəzərdə tutulan müddət avqustun 23-də başa çatır. CHP səlahiyyətin Kamal Kılıçdaroğluna verilməsini istəsə də, Ərdoğanın belə bir addıma getməyəcəyi gözlənilir. Avqustun 23-dən sonra prezidentin parlamentdəki partiyaların təmsilçilərindən ibarət müvəqqəti hökumət formalaşdıraraq erkən seçki qərarını elan edəcəyi bildirilir. 

Teqlər:
Ədalət və İnkişaf Partiyası, prezident, MHP, CHP, AKP, hökumət, Rəcəb Tayyib Ərdoğan, Türkiyə baş naziri Əhməd Davudoğlu, AKP, Rəcəb Tayyib Ərdoğan, Əhməd Davudoğlu, Türkiyə

Əsas mövzular