23:49 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
31011

Qeyri-qanuni fəaliyyət göstərən internet TV-lərə qarşı hüquq-mühafizə orqanları və vergi müfəttişliyi səviyyəsində ciddi tədbirlər görülüb.

BAKI, 18 avq — Sputnik. Azərbaycan IP-televiziya (IP-TV) bazarını tamamilə leqallaşdırdı.

Sputnik xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, bu xidməti qeyri-qanuni şəkildə təklif edən şirkətlərə qarşı hüquq-mühafizə orqanları və vergi müfəttişliyi səviyyəsində ciddi tədbirlər görülüb: “Görülən tədbirlər nəticəsində, məhz lisenziyalaşdırma sisteminin tətbiq edilməsindən sonra Azərbaycanda internet televiziyası bazarı tamamilə leqallaşdırıldı ki, bu da öz növbəsində sağlam rəqabət mühitinin formalaşmasına imkan yaratdı”.

Mənbə qeyd edib ki, hazırda IP-TV, demək olar ki, bütün internet xidməti tədarükçüləri (Azərbaycanda 40 internet-provayder fəaliyyət göstərir) tərəfindən təklif olunur: “Bazar iştirakçılarının əksəriyyəti Azərbaycanda provayder fəaliyyətinin lisenziyalaşdırılmamasından istifadə edərək kommersiya əsasında əhaliyə internet xidməti təklif etməyə başlamışdı. Bu səbəbdən lisenziyalaşdırma sisteminin tətbiq edilməsi ilə bu sahənin fəaliyyətini nizamlamaq lazım gəldi”.

Mənbə həmçinin bildirib ki, bazarın xarici IP-TV xidmətlərindən sığortalanmaması neqativ amildir: “Azərbaycanın internet televiziyası bazarının hələlik kifayət qədər əhəmiyyətli dövriyyəsi yoxdur. Ancaq pirat kontent gələcəkdə bu xidməti təklif edən lokal şirkətlərin inkişaf xərclərinə səbəb ola bilər. Bu gün IP-TV bazarının yüksək templə inkişaf etməməsinin səbəbi hələlik elə də ürəkaçan olmayan internet sürətləridir. IP-TV xidmət tədarükçüləri bu problemi videosiqnalı sıxmaq yolu ilə aradan qaldırmalı olur ki, bu da müəyyən mənada keyfiyyətə təsir edir”.

Teqlər:
IP televiziya, IP tv, IP-TV, Azərbaycan Tv, Azərbaycan kanalları, Azərbaycan teleməkanı, Azərbaycan televiziyası, Azərbaycan televiziyaları, xarici IP-TV xidmətləri, Azərbaycanın internet televiziyası

Əsas mövzular