07:24 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1111

Vaxt keçdikcə Avropada daha çox istehlakçı öz smartfon və ya planşetinin köməyi ilə ödəniş edir. Türkiyə mobil ödənişlərin edilməsi təcrübəsinə malik mobil qurğu sahiblərinin sayına görə Avropada mütləq liderdir.

BAKI, 17 avq — Sputnik. Vaxt keçdikcə Avropada daha çox istehlakçı öz smartfon və ya planşetinin köməyi ilə ödəniş edir. Türkiyə mobil ödənişlərin edilməsi təcrübəsinə malik mobil qurğu sahiblərinin sayına görə Avropada mütləq liderdir.

Ekspertlər bildirib ki, cari ilin iyulunda Böyük Britaniyada “Apple Pay” ödəmə xidmətinin işə salınmasına baxmayaraq, bu ölkədə internet istifadəçilərinin əksəriyyəti əvvəlki kimi rəqəmli ödənişlərin edilməsi zamanı bank və ya “PayPal” ödəmə sisteminə daha çox etibar edirlər.

Bununla belə, mobil ödənişlər sahəsində artım müşahidə olunur. Həmçinin pərakəndə ticarət nöqtələrində təmassız texnologiyaların köməyi ilə edilən mobil ödənişlər populyarlaşır. Məsələn, Fransada bu cür ödəniş qəbul edən mağazaların sayı 4 milyonu ötüb.

Avropa sakinləri mobil ödənişlərdən savayı digər ödəmə metodlarından  istifadəyə üstünlük verir. Məsələn, Böyük Britaniya kimi, Fransa, İspaniya, İtaliya kimi Qərbi Avropa ölkələrində və Skandinaviya ölkələri kart ödənişləri çox populyardır. Ancaq Hollandiyada istehlakçılar əksər hallarda “iDeal” yerli  ödəniş metodundan istifadə edirlər.

Ötən il Almaniyada onlayn alış-veriş ödənişi üzrə metodlar arasında hesab-faktura və birbaşa debet kredit kartları ilə müqayisədə daha populyar olub. Alıcıların 20 faizi kredit kartından (4 il əvvəl bu göstərici 21 faiz təşkil edib) istifadə edib. “PayPal”, “Sofort Überweisung” və “Giropay” onlayn ödəniş xidmətlərinin populyarlığı artıb.

Cari ilin ilk altı ayında bank kartları Fransanın internet istifadəçiləri arasında ən populyar ödəmə metodu olaraq qalıb. Onlayn alıcıların 81 faizi bu ödəmə metodundan istifadə edib.

Teqlər:
möbil ödənişlər, möbil ödəniş, mobil ödəmə, Apple Pay, Giropay, Sofort Überweisung, PayPal

Əsas mövzular