08:46 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
4011

Terrorçu təşkilatın təmsilçisi: Vaşinqton Türkiyənin siyasətini dəstəkləyərsə, kürdləri itirəcək.

BAKI, 17 avq — Sputnik. ABŞ rəsmiləri ilə terrorçu PKK təmsilçiləri arasında gizli görüşlər keçirilir.

Bunu Böyük Britaniyanın "Daily Telegraph" qəzeti yazıb.

Olay, qəzetin terrorçu təşkilatın liderlərindən Cəmil Bayıkla müsahibəsindən sonra məlum olub.

C.Bayık qəzetə bildirib ki, onlar ABŞ-la qarşılıq mesajlaşırlar, toplantılar keçirirlər, məktublaşırlar: "Bu əlaqələrin inkişaf etməsi də mümkündür. ABŞ-ın Türkiyə ilə aramızda vasitəçilik etməsi də vacibdir. Bizə bununla bağlı təminat verilərsə, o zaman üzərimizə düşən missiyanı yerinə yetirərik. Ancaq təminat verilməzsə birtərəfli addım da atmayacağıq. Əgər ABŞ Türkiyənin siyasətinin dəstəkləyərsə, kürdləri itirəcək. ABŞ kürdləri itirərsə, onda İŞİD-in məğlubiyyəti çətinləşəcək". 

Teqlər:
PKK təmsilçiləri, PKK terrorçuları, PKK terroru, terrorçu PKK təmsilçiləri, ABŞ-PKK, PKK terror təşkilatı, PKK, Cəmil Bayık, Türkiyə, ABŞ

Əsas mövzular