00:43 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
9711

Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.

BAKI, 17 avq — Sputnik. Suriyada daha bir azərbaycanlı öldürülüb.

APA-nın məlumatına görə, Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.

T. Asdanovun yaxınlarının verdiyi məlumata görə, o 2014-cü ilin sonlarında Suriyaya gedib. T. Asdanov sonuncu dəfə ailəsi ilə iyulun 24-də telefon əlaqəsi saxlayıb. Bir neçə gün sonra isə yaxınları onun ölüm xəbərini alıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

Teqlər:
Suriya hökumət qüvvələri, Azərbaycan vətəndaşı, bir qrup Azərbaycan vətəndaşı, Suriya azərbaycanlı, Tural Asdanov, Tural Yusif oğlu Asdanov, Suriya

Əsas mövzular