00:13 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
16911

Hüseynov deyir ki, həmin hadisədən yalnız sonradan xəbər tutub.

BAKI, 14 avq – Sputnik. Hazırda həbsdə olan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədov "Azadlıq" radiosuna müsahibə verib. O, müvəkkili Cavid Hüseynovun baş vermiş hadisədən sonradan xəbər tutduğunu bildirib: “Cavid jurnalist Rasim Əliyevin ölümünə çox təəssüfləndiyini bildirib və mərhumun qohumlarına və əzizlərinə başsağlığı verib. Cavid Hüseynov ona qarşı irəli sürülən ittihamları qəbul etmir”

Futbolçunun vəkili daha sonra əlavə edib: “Cavid Hüseynov deyir ki, onu Rasim Əliyevdən daha pis tənqid və təhqir edənlər olub. O, Rasimə ona görə zəng edib ki, həmin görüntülərin yanlış anlaşıldığını bildirsin. Hətta telefon danışığı zamanı yerli olduqlarını biliblər və normal sağollaşıblar. Cavidin xəbəri olmadan bibisi oğlu yenidən Rasimə zəng edib və bu zaman aralarında mübahisə düşüb. Cavid deyir ki, həmin hadisədən yalnız sonradan xəbər tutub. Və bibisioğluna mesaj da göndərib ki, "lazım deyildi bu hərəkət, biz özümüz danışıb, razılaşmışdıq". Cavid bu hadisədən dolayı çox üzgündür. Günahkarların ən sərt şəkildə cəzalandırılmasını istəyir”.

Adəm Məmmədov, hadisədə həkim səhlənkarlığı olduğunu da deyib. “Həkim vaxtında xəstəyə lazımi tibbi yardım göstərsəydi, bəlkə də o vəfat etməzdi”, deyə o bildirib.

Futbolçu Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Hazırda Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasındadır. Avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qəti-imkan tədbirinin ləğv edilməsi ilə bağlı şikayətinə baxılacaq.

Avqustun 8-də ann.az saytının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
Cavid Hüseynov Qəbələ, Cavid Hüseynovun həbsi, Cavid Hüseynovun bibisioğlu, jurnalistin öldürülməsi, jurnalistin döyülməsi, jurnalist Rasim Əliyevin ölümü, Rasim Əliyevin qətlə yetirilməsi, Rasim Əliyevin ölümü, Rasim Əliyevin öldürülməsi, Rasim Əliyevin döyülməsi, vəkil Adəm Məmmədov, jurnalist Rasim Əliyev, Rasim Əliyev, Cavid Hüseynov, Azərbaycan

Əsas mövzular