06:15 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9411

Alman alimləri kakaosuz qara şokolad yeyən Parkinson xəstələrində titrəmə əlamətlərinin azaldığını müşahidə ediblər.

BAKI, 14 avq-Sputnik. Almaniyada elm adamları tərəfindən aparılan araşdırmaya görə, acı şokoladın içində olan bir maddə Parkinson xəstəliyinin təsirlərini azaldır. Qara şokoladın Parkinson xəstəliyinin əlamətlərini yüngülləşdirə biləcəyi təyin olunub.

Türkiyənin “TRT Haber” saytının məlumatına görə, Almaniyadakı Drezden Texnologiya Universitetinin alimlərinin araşdırması zamanı Parkinson xəstələrinə həftədə 2 dəfə 50 qram kakaosuz ağ şokolad və 85 qram qara şokolad veriblər. Daha sonra şokoladın növünün xəstəliyə təsiri araşdırılıb.

Qara şokolad yeyənlərin titrəmə kimi xəstəlik əlamətlərində azalma müşahidə olunub.

Parkinson üçün yeni müalicə üsullarına işıq tutan araşdırmanın nəticələri universitetin internet saytında yerləşdirilib.

Teqlər:
şokolad, qara şokolad Parkinson xəstəliyi, qara şokolad Parkinson, şokolad Parkinson xəstəliyi, şokolad Parkinson

Əsas mövzular