15:52 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2311

Türkiyə hökuməti ABŞ-ın İŞİD-in Suriyadakı mövqelərinə beynəlxalq koalisiyadan kənar müstəqil şəkildə hava zərbələri endirməmək təklifi ilə razılaşıb.

BAKI, 14 avq-Sputnik. Türkiyə hökuməti ABŞ-ın İŞİD-in Suriyadakı mövqelərinə beynəlxalq koalisiyadan kənar müstəqil şəkildə hava zərbələri endirməmək təklifi ilə razılaşıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.

“Biz koalisiyanın hava əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün Ankaradan Türkiyənin beynəlxalq antiterror koalisiyasına tam inteqrasiya olanadək İŞİD-in Suriyadakı mövqelərinə  koalisiyadan kənar müstəqil şəkildə hava zərbələri endirməməyi təklif etdik. Və türklər bizim təklifimizlə razılaşdı” — deyə Kirbi bildirib.

Kirbinin sözlərinə görə, Vaşinqton və Ankara Türkiyə sərhədlərində İŞİD təhlükəsinin ləğv olunması istiqamətində əməkdaşlığı davam etdirirlər.

İyulun 20-də Şanlıurfada törədilən qanlı terror aktından sonra Türkiyə beynəlxalq koalisiyanın İŞİD-ə qarşı hava əməliyyatlarında daha fəal iştirak edəcəyini bəyan edib.

Teqlər:
hava zərbələri, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri, İŞİD terror qruplaşması, İŞİD, ABŞ Dövlət Departamentinin mətbuat xidməti, Con Kirbi, Türkiyə, Suriya, ABŞ

Əsas mövzular