03:57 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
İmtahan

Dövlət qulluğuna girmək istəyənlər üçün müsabiqə elan edilib

© Photo: REPORT
XƏBƏRLƏR
Qısa URL
18611

55 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 693 vakant yerin tutulması üçün müsabiqə, 6 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 26 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edlib.

BAKI, 13 avq-Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 14 avqust tarixindən 55 dövlət orqanında inzibati vəzifələrin beşinci — yeddinci təsnifatlarına uyğun olan 693 vakant yerin tutulması üçün müsabiqə, 6 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 26 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.

Komissiyanın mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 595-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 98-i isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 24-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı — 15 test tapşırığı, qanunvericilik sahəsində — 40 test tapşırığı, informasiya texnologiyaları sahəsində — 15 test tapşırığı, məntiqi düşünmə qabiliyyəti sahəsində — 30 test tapşırığı ilə yoxlanılacaq.

Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 14 avqust 2015-ci il tarixdən 14 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 14 avqust 2015-ci il tarixdən 02 sentyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 14 avqust 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında — www.dqmk.az veriləcək.

6 avqust 2015-ci il tarixdə Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Hazırki göstəricilərə görə, müsabiqədə iştirak etmək üçün 405 nəfər Komissiyada qeydiyyatdan keçib. Müsabiqə üzrə qeydiyyat 04 sentyabr 2015-ci ildə başa çatacaq.

Teqlər:
Dövlət qulluğuna girmək, Dövlət qulluğu imtahanları, Dövlət qulluğu imtrahanı, Dövlət qulluğuna, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu, Azərbaycan

Əsas mövzular