03:15 16 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Mehdi Möhtəşəmi

Azərbaycan İranın dondurulmuş 500 milyonluq aktivini açmağa hazırlaşır

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
3020

Mehdi Möhtəşəmi: Azərbaycan hakimiyyəti 120 mln.dollarlıq dondurulmuş aktivi açaraq ona daxil olmaq üçün İrana şərait yaratmaq istiqamətində iş aparır.

BAKI, 13 avq-Sputnik. Azərbaycan hakimiyyəti bu ölkədə dondurulmuş İranın 500 mln. dollarlıq aktivlərinin bir hissəsini açmağa hazırlaşır.

Sputnik İranın "Mehr" agentliynə istinadən xəbər verir ki, bunu İranın Rabitə nazirinin müşaviri, İran-Azərbaycan hökumətlərarası birgə komissiyanın təmsilçisi Mehdi Möhtəşəmi deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti 120 mln.dollarlıq dondurulmuş aktivi açaraq ona daxil olmaq üçün İrana şərait yaratmaq istiqamətində iş aparır. “Artıq bununla bağlı Azərbaycan tərəfi ilə dondurulmuş aktivlərlə bağlı danaşıqlar aparılır. Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri zamanı bu məsələ bir daha müzakirə olunaraq  tərəflər 500 mln.dollar həcmində dondurulmuş aktivlərin bir qismindən, yəni 120 mln. dollarından  istifadə etmək  imkanı barədə razılıq əldə ediblər.  Bu vəsait iki ölkənin ticari əlaqələrinin inkişafına yönələcək” — deyə M. Möhtəşəmi qeyd edib.

Tehran bir müddət öncə Azərbaycan hakimiyyətinə və Mərkəzi Banka müracit edərək İran şirkətlərinin istifadə olunmayan və Azərbaycanın bank hesablarında saxlanılan aktivlərinin  geri qaytarılması xahişi ilə müraciət edib.


Teqlər:
İran-Azərbaycan, Azərbaycan-İran əlaqələri, Azərbaycan-İran, Mehdi Möhtəşəmi, Azərbaycan, İran İslam Respublikası, İran

Əsas mövzular