14:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Yanğın

Qarabağ əlilləri üçün tikilmiş binada yanğın olub

reyndar.org
XƏBƏRLƏR
Qısa URL
4011

Yanğının qaz balonunun partlaması səbəbindən baş verdiyi ehtimal edilir.

BAKI, 12 avq — Sputnik. Gəncə şəhərində Qarabağ əlilləri üçün tikilmiş üçmərtəbəli binada yanğın baş verib.

Sputnik Region TV-yə istinadən xəbər verir ki, yanğın bu gün saat 16:30 radələrində şəhərin Şəddadilər küçəsində yerləşən və Qarabağ əlilləri üçün tikilmiş binada qeydə alınıb. Binanın 3-cü blokunun 3-cü mərtəbəsində, Səbuhi Pirxadəzimovun ikiotaqlı mənzilində başlayan alov 4-cü blokdakı evin eyvanına keçib.

Lakin yanğınsöndürənlərin vaxtında müdaxiləsi alovun genişlənməsinə imkan verməyib.Hadisə yerinə Gəncə şəhər YMH-nın canlı qüvvəsi və 6 avtomobili cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində 36 kv.m mənzilin 12 kv.m yanıb. Yanğın zamanı evdə olan ailə üzvlərindən xəsarət alan olmayıb. 

Buna baxmayaraq, yanğının başladığı evdən daha çox qonşunun evinə zərər dəyib. Belə ki, burada eyvandan başqa, mətbəx də yararsız vəziyyətə düşüb.

Sakinlərin bildirdiyinə görə yanğına səbəb qaz balonunun partlamasıdır. Yanğının daha dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Əsas mövzular