01:36 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Sərhat Kadırhan

Şırnakı “müstəqil” elan edənlər həbs olundu

hurriyet.com.tr
XƏBƏRLƏR
Qısa URL
2401

Demokratik Bölgələr Partiyasının rəhbər üzvləri Türkiyə konstitusiyasını pozaraq, Şırnakı "muxtar bölgə", oradakı Türkiyə dövlət orqanlarının fəaliyyətini "qanunsuz" elan etmişdilər.

BAKI, 12 avq – Sputnik. Türkiyənin Şırnak əyalətində bələdiyyə məclisinin 3 üzvü polisin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Məlumata görə, kürdlərin təmsilçisi kimi çıxış edən Demokratik Bölgələr Partiyasının əyalət sədri və yerli bələdiyyə sədrinin evində əməliyyat-axtarış tədbiri həyata keçirilib. 

Şırnak bələdiyyəsi Məclisinin üzvü Kamil Külter, DBP rəhbərlərindən Salih Ürək və Leyla İşlək həbs edilib. Bələdiyyənin sədri Sərhat Kadırhan, həmsədr Eylem Onuk, bələdiyyə sədrinin müavini Murat Kabul, DBP-nin yerli rəhbəri Salih Gülənc, onun müavini Zozan Anık, DBP Şırnak əyalətinin rayon sədri Ramazan Oğur isə evlərində tapılmayıb.

Dünən sözügedən partiya rəhbərləri ölkə konstitusiyasını pozaraq, Şırnakı "muxtar bölgə", oradakı Türkiyə dövlət orqanlarının fəaliyyətini "qanunsuz" elan etmişdilər.

Teqlər:
Şırnakın müstəqilliyi, Demokratik Bölgələr Partiyası, Ramazan Oğur, Zozan Anık, Salih Gülənc, Murat Kabul, Eylem Onuk, Sərhat Kadırhan, Leyla İşlək, Salih Ürək, Kamil Külter, Türkiyə

Əsas mövzular