22:55 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
15832

Deputat: İdman topsuz və tüfəngsiz müharibədir

BAKI, 11 avqust – Sputnik. Son vaxtlar idman meydanlarında, əsasən də futbolçular arasında qol vurduqdan sonra siyasi mesajlar vermək dəb halını alıb. Bu isə bəzi hallarda xoşagəlməz sonluqlarla nəticələnir. Mövzunu Sputnik-ə şərh edən millət vəkili Sabir Rüstəmxanlı, idmanın silahsız savaş olduğunu deyib: “Biz istəsək də istəməsək də idman dövlətlərarası münasibətlərdə öz kimliyini sübut etməyin vasitəsinə çevrilib. Bu, topsuz və tüfəngsiz müharibədir”.

Qəbələ futbol klubunun oyunçusu Cavid Hüseynovun meydana türk bayrağı ilə çıxmasını normal qarşılayan millət vəkili, daha sonra baş verən jurnalist qətlini isə qınayıb: “Kipr davamlı olaraq türklərə qarşı ədalətsiz mövqe sərgiləyir, Cavid də buna cavab olaraq, meydana türk bayrağı ilə çıxıb. Burda heç bir qəbahət görmürəm. Qaldı ki, sonra baş verənlərə, bu qəbuledilməzdir. Söhbət insan həyatından gedir. Bu qətli şiddətlə qınayıram. Cinayətkarlar dərhal cəzalandırılmalıdır”

 

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
Azərbaycan, Sabir Rüstəmxanlı, millət vəkili Sabir Rüstəmxanlı, Cavid Hüseynov, Rasim Əliyev, jurnalist Rasim Əliyev, türk bayrağı, Qələbənin oyunçusu Cavid Hüseynov

Əsas mövzular