09:18 06 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
2111

Suriyanın Latakiya şəhərində Suriya prezidenti Bəşər Əsədin qardaşı oğlu Süleyman Hilal Əsəd qətl törətməkdə ittiham olunaraq həbs edilib.

BAKI, 11 avq — Sputnik. Suriyanın Latakiya şəhərində Suriya prezidenti Bəşər Əsədin qardaşı oğlu Süleyman Hilal Əsəd qətl törətməkdə ittiham olunaraq həbs edilib.

Bu barədə SANA agentliyi məlumat yayıb.  

Məlumata görə, insident avqustun 7-də şəhərin mərkəzində, hərəkətin gur vaxtında baş verib. “Al Watan”ən məlumatına əsasən, zabit Həsən əş Şeyx  Bəşər Əsədin qardaşı oğlunun idarə etdiyi avtomaşının irəli getməsinə icazə verməyib. Buna cavab olaraq, Süleyman Hilal Əsəd polkovniki qohumlarının gözü qabağında güllələyərək qətlə yetirib.  

Avqustun 8-də qatilin cəzalandırılmasını tələb edən Latakiya əhalisi kütləvi etiraz aksiyaları keçirib.

Məlumata görə, insidentin istintaqının aparılması üçün xüsusi fövqəladə komissiya yaradılıb. Prezident Bəşər Əsəd şəxsən qətlə yetirilən zabitin yoldaşına qatilin cəzalandırılacağını vəd edib.  

Qeyd edək ki, Süleyman Hilal Əsəd briqadala generalı Hilal Əsəd oğludur. Hilal Əsəd Latakiya müdafiə qüvvələrinə komandanlıq edib. O, 2014-cü ilin martında terrorçuların ermənilərin kompakt yaşadığı Kəsab şəhərinə hücumunu dəf edərkən həlak olub.

Teqlər:
Bəşər Əsədin qardaşı oğlu, Al Watan, SANA agentliyi, Bəşər Əsəd, Süleyman Hilal Əsəd, Latakiya şəhəri, Suriya

Əsas mövzular

  • Bakıda COVİD-19 yazısı olan tablo

    Karantinin mövcudluğu sadəcə bir problemi həll edir. Yəni, evində yüngül keçirən keçirir, ağır vəziyyətdə olanlar isə xəstəxanada yardım edilmək imkanı yaranır.

    1331
  • Süni nəfəs aparatına qoşulmuş şəxs, arxiv şəkli

    1931-ci il təvəllüdlü  Azərbaycan Respublikasının vətəndaşı  şəkərli diabet xəstəsi  olub,  1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: 

    2000
  • Yasamal rayonu ərazisində dezinfeksiya işləri

    "İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

    1070