06:45 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Bakı-Tiflis-Ceyhan neft boru kəməri

Bu il Bakı–Tiflis–Ceyhan kəməri ilə 18 milyon ton neft ixrac edilib

© Sputnik / Aleksey Malgavko
XƏBƏRLƏR
Qısa URL
4721

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar xərclənib.

BAKI, 10 avq — Sputnik.Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri — BTC vasitəsilə təqribən 18 milyon ton (135 milyon barrel) xam neft ixrac olunub və bu neft Ceyhan limanında 188 tankerə yüklənib.

Sputnik “bp-Azerbaijan” şirkətinin məlumatına istinadən xəbər verir ki, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,23 milyard barrel (298 milyon ton) xam neft Ceyhan limanında təxminən 2 min 940 tankerə yüklənib və dünya bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Birinci yarım il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 73 milyon dollar, əsaslı xərclərə isə 15 milyon dollar xərclənib.

BTC Ko.-nun səhmdarları: bp (30,10 faiz), AzBTC (25,00 faiz), Şevron (8,90 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), ENİ (5,00 faiz), Total (5,00 faiz), İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), KonokoFillips (2,50 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.


Əsas mövzular