21:21 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Elşən İsmayılov

Jurnalistin ölümündə şübhəli bilinən şəxs AZAL klubundan çıxarılıb

sfera
XƏBƏRLƏR
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
6921

AZAL klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovla bağlı məsələyə münasibət bildirib.

BAKI, 10 avq — Sputnik. AZAL klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovla bağlı məsələyə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına E.İsmayılovun artıq komandanın üzvü olmadığını bildirib.

Hadisədən kədərləndiklərini bildirən Yusifov AZAL-ın adıçəkilən oyunçu ilə ötən ay yollarını ayırdığını söyləyib: “Hadisə hər kəs kimi, bizi də çox kədərləndirdi. Klub adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Təqsirləndirilən şəxsin adının AZAL-la birgə hallanması bizi bu məsələyə aydınlıq gətirməyə vadar edib. Elşən İsmayılov bu ilin yanvar ayında əvəzedici komandamıza cəlb edilmişdi. Lakin mövsüm bitdikdən sonra onunla yollarımızı ayırmışıq. Əvəzedici komandanın baş məşqçisi iyunun sonlarında rəhbərliyə heyətdə görmək istəmədiyi oyunçuların siyahısını təqdim etmişdi. Elşən İsmayılov da bir neçə futbolçu ilə birlikdə həmin vaxt komandadan uzaqlaşdırılıb. İyul ayının 2-də isə o, rəsmən AZAL-dan çıxarılıb”.

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
Teqlər:
apasport, jurnalist, futbolçu, futbol, Rasim Əliyev, Eldəniz Yusifov, Elşən İsmayılov, Cavid Hüseynov Qəbələ, AZAL, AZAL, Elşən İsmayılov, Eldəniz Yusifov, Cavid Hüseynov, Azərbaycan

Əsas mövzular