02:18 23 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
affa

AFFA Rasim Əliyevlə bağlı bəyanat verdi

oxu.az
XƏBƏRLƏR
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
9131

Azərbaycan Futbol Federasiyasi Assosasiyası (AFFA) qətlə yetirilən jurnalist Rasim Əliyevlə əlaqədar bəyanat yayıb.

BAKI, 10 avq — Sputnik. Azərbaycan Futbol Federasiyasi Assosasiyası (AFFA) qətlə yetirilən jurnalist Rasim Əliyevlə əlaqədar bəyanat yayıb. 

Sputnik AFFA –nın rəsmi saytına istindən xəbər verir ki, bəyanatda jurnalist R. Əliyevin qətli qətiyyətlə pislənilir və deyilir ki, 2015-ci il avqustun 8-də Bakı şəhərində şəxsiyyəti hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməkdə olan bir qrup şəxs tərəfindən jurnalist Rasim Əliyev fiziki təzyiqə məruz qalaraq ağır bədən xəsarətləri alıb və avqustun 9-da səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

“AFFA  mətbuat nümayəndəsinə qarşı yol verilmiş zorakılığı ölkə futbol ictimaiyyəti adından kəskin şəkildə pisləyir. AFFA hüquq-mühafizə orqanları tərəfindən hadisənin günahkarlarının ən qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağına inanır, mərhum jurnalistin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, — deyə bəyanatda bildirilir.   

Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)

Əsas mövzular