06:46 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Zəhərlənmə

Toyda zəhərlənənlərdən 41-i hələ sağalmayıb

meydan
XƏBƏRLƏR
Qısa URL
2801

Avqustun 8-də Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

BAKI, 10 avq — Sputnik. Bakıda şadlıq sarayında zəhərlənən 77 nəfərdən 41-nin müalicəsi davam etdirlir.

Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilib.

Məlumatda bildirlir ki, avqustun 8-də Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb.

Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Onların hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

Teqlər:
qida zəhərlənməsi, qida zəhərlənmələri, zəhərlənmə, Zəngəzur restoranında zəhərlənmə, Zəngəzur restoranı, Azərbaycan

Əsas mövzular