10:41 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Мубариз Ахмедоглу

ABŞ İranın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir

Новости-Азербайджан
XƏBƏRLƏR
Qısa URL
4110

Mübariz Əhmədoğlu: Rusiya bölgədə qalmaq üçün Qarabağ problemində Azərbaycana yardım edə bilər.

BAKI, 10 avq-Sputnik. Vaşinqton İranın rolundan istifadə etməklə Rusiyanı Qafqazdan, xüsusən də Cənubi Qafqazdan çıxarmaq taktikasını seçib. Bunu Sputnik-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın regiondan çıxarılmasında ən real variant kimi Tehranı görür və onun bu rolundan istifadə etməyə çalışır. “Ona görə də Amerika İranla müttəfiqlik edərək Rusiyanı həm Cənubi Qafqazdan, həm də Mərkəzi Asiyadan çıxarmağa çalışacaq” — deyən politoloq onu da əlavə edib ki, bu işdə ermənilər də Vaşinqtona yardımçı olmağa hazırdır: “Bunun bariz nümunəsi kimi Ermənistan müdafiə nazirinin son günlərdə vaşinqtonda antirusiya danışıqlarında iştirakını göstərmək olar. Digər bir fakt kimi Ermənistan müdafiə nazirinin Moskvanın təşkil etdiyi beynəlxalq hərbi oyunlarda iştirak etməməsini qeyd etmək olar. Elə son dövrlərdə Ermənistanda baş verən ictimai-siyasi proseslər Rusiyanın Cənubi Qafqaz bölgəsindən çıxarılmasına hədəflənın proseslərdir. Bu gün İrəvan Rusiyanın bölgədən çıxması və zəifləməsi üçün Qərblə sıx əməkdaşlıq edir. Moskva da bunu yaxşı bildiyindən, bölgədə mövqeyini möhkəmlətmək və qalmaq üçün çabalarını artırıb. Kreml yaxşı anlayır ki, taleyi həll olunan Cənubi Qafqazda əsas problemi kommunikasiyaların zəifliyidir və bu problemi həll etməyə çalışır. Bu məqsədlə Ermənistanla olan dəmiryol xəttini bərpa etmək istəyir. Lazım olanda ora canlı güc və yük aparmaq mümkün olsun.”

Politoloq hesab edir ki, bu məqsədlə Rusiyanın Abxaziya və Gürcüstandan keçməklə Ermənistanı birləşdirəcək dəmiryolu xətti uğurlu variant deyil: “Abxaziya vasitəsilə Rusiya ilə Ermənistan arasında qurulan dəmiryolu əlaqəsi SSRİ-İran dəmiryolu marşrutunun fəaliyyətə başlamasının effektinin 1/100-ni verə bilmir. Gürcü-abxaz dəmir yolu coğrafi və texniki parametrlərinə görə də Rusiyanın tələbatını ödəmir. Bu yol birxətlidir, eləcə də yeraltı suxurların yumşaqlığına görə ağır yüklərin daşınması mümkün deyil. O baxımdan, bu xəttin bərpası çox vaxt aparan və maliyyə tutumludur. Bu yol səmərəsiz və Kremlin qarşısında duran əsas hədəflərə çatmağa xidmət etmədiyindən, Rusiya bu gün keçmiş Moskva-Tehran dəmiryolunun bərpasına çalışır. Bu da Azərbaycandan və Ermənistandan keçməklə Azərbaycan və İran Culfasını bərpa etmək niyyətindən irəli gəlir. Çünki SSRİ dövründə Ermənistana bütün yüklərin, əsasən də ağır yüklərin 85%-i Mehri dəmir yolu vasitəsilə daşınırdı. Bu yolun bərpası isə Abxaziya yolunun bərpasından dəfələrlə ucuz və daha əlverişlidir.”

Politoloq əlavə etdi ki, bunun üçün Azərbaycanın razılığı lazımdır: “Ona görə də Rusiya son dövrlərdə  Ermənistan-Azərbaycan münaqişəsinin həllinin intensivləşdirilməsi təklifi ilə çıxış edir. Bu məqsədlə Kreml Dağlıq Qarabağ ərtafındakı 6 rayonun azad olunmasına razıdır. Təki Ermənistanla Azərbaycan arasında kommunikasiya xətləri açılsın.”

Politoloqun fikrincə, Rusiya bölgədə qalmaq üçün Qarabağ problemində Azərbaycana müəyyən mərhələdəyək yardım edə bilər.

Teqlər:
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi, politoloq Mübariz Əhmədoğlu, Mübariz Əhmədoğlu, İran İslam Respublikası, Tehran, Rusiya Federasiyası, Moskva, İran, Rusiya, Vaşinqton, ABŞ

Əsas mövzular