07:57 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Pentagon

Rusiyalı hakerlər Pentaqona kiber hücum ediblər

© Sputnik / David B. Gleason
XƏBƏRLƏR
Qısa URL
5310

Hakerlər kodlaşdırılmış məxfi elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.

BAKI, 7 avq — Sputnik. Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb.

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb. 

ABŞ hökuməti iyulun 25-də Rusiyadan Pentaqonun kompyuter şəbəkəsinə kiber hücum olduğunu bildirib.

Hakerlər kodlaşdırılmış məxfi elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar. Rusiyalı hakerlərin həmçinin Twitter-də yaydıqları virus vasitəsilə Ağ Evin kompyuter şəbəkəsinə daxil olduqları barədə də məlumat verilib. 

Teqlər:
rusiyalı hakerlər, kiber hücüm, mürəkkəb kiber hücumu, Pentaqon, Pentagon, ABŞ hökuməti, ABŞ

Əsas mövzular