11:21 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
İŞİD

İŞİD-in qafqazlı döyüşçüləri İstanbulda həbs olundu

oko-planet.su
XƏBƏRLƏR
Qısa URL
11410

Yaqub İbrahimov və Abdulla Abdullayev polis bölməsinə aparılıb.

BAKI, 5 avqust – Sputnik. İŞİD terror qruplaşmasına yeni döyüşçülər tapmaqda təqsirləndirilən Qafqaz əsilli Yaqub İbrahimov və Abdulla Abdullayev İstanbulda həbs olunub. 

Polis bölməsindəki sorğu-sualdan sonra aydın olub ki, onlara bu vəzifəni tapşıran şəxs, hazırda Çeçenistanda yaşayan İŞİD-in Qafqaz liderlərindən olan Əhməd Çatayevdir. 

Məhz Çatayevin razılığından sonra seçilən döyüşçülər Suriyaya göndərilir. 

Rusiya Baş Prokurorluğu axtarışda olan Əhməd Çatayev üçün işləyən Yaqub İbrahimov və Abdulla Abdullayevin Türkiyədən ekstradisiyasını istəyib. 

Bununla rus polisi, ölkədən Suriyaya döyüşçü göndərən İŞİD rəhbərlərinin yerini daha asan tapa biləcəyinə ümid edir. 

Teqlər:
İŞİD terroru, İŞİD terrorçuları, İŞİD-in Qafqaz liderləri, İŞİD, İŞİD terror qruplaşması, Əhməd Çatayev, Abdulla Abdullayev, Yaqub İbrahimov, İstanbul, Türkiyə

Əsas mövzular