15:11 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Ərdoğan və Hulusi Akar

Ərdoğan Baş Qərargah rəisini və digər ordu rəhbərlərini təsdiqləyib

Pool Photo via AP
XƏBƏRLƏR
Qısa URL
103 0 0

Ali Hərbi Şuranın ordu generalı Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi təyin edilib.

BAKI, 5avq. — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ali Hərbi Şuranın ordu generalı Hulusi Akarın Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi olması haqqında verdiyi qərarı təsdiqləyib.

Sputnik Türkiyə prezidentinin rəsmi saytında yerləşdirilən məlumata əsasən xəbər verir ki, Ərdoğanın imzaladığı  qərara əsasən Salih Zeki Çolak Quru Qoşunları Komandanı, Abidin Ünal Hava Hücumdan Müdafiə Qoşunları Komandanı, Qalip Mendi Jandarma Baş Komandanı təyin olunub, Dəniz Qoşunları Komandanı Bülənt Bostanoğlunun isə  səlahiyyət müddəti bir il artırılıb.

Hava Qüvvələri Komandan  Akın Öztürk, Ali Hərbi Şuranın üzvü olub.  Ordu Komandanlığına 30 avqustdan etibarən Kipr Türk Sülh Qüvvələri Komandanı İsmail Sərdar Savaş rəhbərlik edəcək. 

Ərdoğan Administrasiyası avqustun 30-dan etibarən vəzifələrindən ayrılacaq Türkiyə Silahlı Qüvvələri rəsmilərinə, xüsusilə sabiq Baş Qərargah rəisi Necdət Özələ millət adından təşəkkür edib.

 

 

 

Teqlər:
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi, Ərdoğan və Hulusi Akar, Hulusi Akar, Rəcəb Tayyib Ərdoğan, Ərdoğan, Türkiyə

Əsas mövzular