06:13 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Qarabağ FK

"Qarabağ" futbolçuları bu gün tarix yaza bilər

pfl.az
XƏBƏRLƏR
Qısa URL
22311

"Qarabağ" – "Seltik" oyunu Bakı vaxtilə saat 21:30-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

BAKI, 5 avqust – Sputnik. Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində bugün doğma meydanda Şotlandiyanın "Seltik" klubu ilə cavab oyununa çıxacaq. 

Oyun Bakı vaxtilə saat 21:30-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

İlk oyun iyulun 29-da Şotlandiyada "Qarabağ"ın 0-1 hesablı məğlubiyyəti ilə bitmişdi.

Minimal hesabla məğlub olan Qurban Qurbanovun yetirmələri cavab qarşılaşmasına olduqca ciddi hazırlaşıb.

Klubdan verilən açıqlamada futbolçuların əhval ruhiyyəsinin yüksək səviyyədə olduğu qeyd edilib.

Teqlər:
Çempionlar Liqasının III təsnifat mərhələsi, Çempionlar Liqası, Qarabağ futbol klubu, Qarabağ klubu, Qarabağ FK, Tofiq Bəhrəmov adına stadion, Azərbaycan

Əsas mövzular