14:38 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Figen Yüksekdağ

HDP liderinin deputat toxunulmazlığı ləğv edilə bilər

aljazeera.com.tr
XƏBƏRLƏR
Qısa URL
8411

Figən Yüksəkdağ "Biz kürəyimizi YPJ, YPG və PYD-yə söykəyirik və bunu söyləməkdən çəkinmirik" sözləri ilə terror təşkilatının təbliğatını aparmaqda günahlandırılır.

BAKI, 5 avq-Sputnik. Türkiyənin Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, millət vəkili Figən Yüksəkdağın toxunulmazlığının aradan qaldırılması ilə bağlı hazırladığı sənədi Türkiyə Böyük Millət Məclisinə göndərib. 

Sputnik xəbər verir ki, Prokurorluğun bu addımı atmasına səbəb Yüksəkdağın iyulun 19-da Suruç bölgəsindəki çıxışı zamanı "Biz kürəyimizi YPJ, YPG və PYD-yə söykəyirik və bunu söyləməkdən çəkinmirik" sözləridir. 

Yüksəkdağa qarşı Türkiyə Konstitusiyasının 83-cü maddəsinin (Toxunulmazlığın qaldırılması) tətbiqinin nəzərdə tutulmasına səbəb onun terror təşkilatlarının təbliğatını aparmasıdır. 

Daha əvvəl analoji tələb HDP-nin digər həmsədri Səlahəddin Dəmirtaşla bağlı da irəli sürülüb. Dəmirtaş ötən ilin oktyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyaları ilə əlaqədə günahlandırılırdı. 

Teqlər:
HDP, Xalqların Demokratik Partiyası, Şanlıurfa Cümhuriyyət Baş Prokurorluğu, PKK, PKK terror təşkilatı, Figən Yüksəkdağ, Şanlıurfa, Türkiyə

Əsas mövzular