12:17 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Qandallar

İnternetdə Ərdoğan və ailəsini təhqir edən şəxs həbs olunub

CC0 / KlausHausmann / handcuffs
XƏBƏRLƏR
Qısa URL
4510

R.A. adlı facebook istifadəçisinin evindən bir ədəd səs bombası və iki ədəd Samuray qılıncı tapılıb.

BAKI, 5 avq. – Sputnik. Sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır söyüşlərlə təhqir edən şəxs polis nəzarətinə götürülüb. 

R.A. adlı facebook istifadəçisinin evindən bir ədəd səs bombası və iki ədəd Samuray qılıncı tapılıb. 

Həbs edilən R.A. prezident və ailəsini internetdə təhqir etdiyini qəbul edib. Onun polis bölməsindəki sorğu sualdan sonra məhkəməyə çıxarılacağı bildirilir.


Əsas mövzular