02:02 25 Fevral 2018
Canlı yayım
Погода Частичная обласность

Sabahdan havanın hərarəti aşağı düşəcək

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
67 0 0

Ölkədə maksimal istilik 39 dərəcə, Abşeron çimərliklərində suyun maksimal temperaturu 35 dərəcə olacaq

BAKI, 5 avq-Sputnik. Sabahdan havanın temperaturu tədricən enməyə başlayacaq.

Bu barədə Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir ki, avqustun 6-dan etibarən ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. 

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti təşkil edəcək.

Avqustun 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 16-21, gündüz 27-32 dərəcə isti olacaq.

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. 

Teqlər:
havanın temperaturu, hava haqqında, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Abşeron yarımadası, Abşeron, Azərbaycan, Bakı

Əsas mövzular