13:29 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Ərdoğan və Barack Obama

Şok iddia: Suriyanın şimal torpaqları Türkiyəyə qatılacaq

Charles Dharapak
XƏBƏRLƏR
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
9001

ABŞ prezidenti Barak Obama və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq üçün yeni xəritə hazırlayıblar.

BAKI, 5 avqust – Sputnik. Amerika mediası Yaxın Şərqin gələcəyi ilə bağlı şok iddia ortaya atıb. İddiaya görə, ABŞ prezidenti Barak Obama və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bölgə üçün yeni xəritə hazırlayıblar. Hazırlanan xəritədə Suriyanın şimal torpaqları və Aralıq dənizinə qədər uzanan hissə Türkiyənin yeni vilayəti kimi göstərilir. Suriya ilə sərhəddə Fırat Çayının qərbində qalan seqmentin Türkiyəyə qatılacağı bildirilir.

Sputnik “Timeturk”-a istinadən xəbər verir ki, Qərb mətbuatının yazdığına görə, Türkiyə Suriyanın şimal ərazilərinin öz torpaqlarına qatılması şərtilə ABŞ ordusuna İncirlik hərbi bazasından istifadəyə icazə verib.

Dörd ildir ki, Türkiyənin israrına baxmayaraq, Suriyanın şimalında TAMPON (təhlükəsiz) bölgə qurulmasına qarşı çıxan ABŞ-ın qəfildən Ankaranın bu fikri ilə razılaşması iddiaların doğru olma ehtimalını gücləndirir.

ABŞ mediasının iddialarına görə, Türkiyə və Birləşmiş Ştatlar hərbi hava qüvvələri PKK, PYD və İŞİD-in bölgədən təmizlənməsi üçün genişmiqyaslı əməliyyatlara hazırlaşır. Çünki bu terror ünsürləri həmin ərazidən təmizlənmədikcə, o torpaqların Türkiyə ərazisinə qatılması imkansız görünür.

Bölgədəki yeni qaydaların Obamanın Türkiyə səfərində şəkillənəcəyi qeyd olunub.

Sözügedən torpaq iddialarına isə İngiltərənin sərt şəkildə qarşı çıxdığı bildirilir. Ərazi və ordu cəhətdən Avropanın ən böyüyü olan Türkiyənin öz torpaqlarını biraz da genişləndirməsi Londonu təşvişə salıb. Böyük Britaniya Türkiyənin həm Yaxın Şərqdə həm də Avropada hegemon olmasını hec cürə qəbul etmir.

ABŞ mediası rəsmi şəxslərə istinad edərək belə bir iddia ortaya atıb. Obama və Ərdoğan Yaxın Şərqin yeni xəritəsini hazırlayıb. Və bu xəritədə Suriyanın şimalının Türkiyəyə qatılacağı bildirilir.  Qeyd olunur ki, Türkiyə İncirlik hərbi bazasından ABŞ-ın istifadəsi qarşılığında bu şərtləri irəli sürüb və Vaşinqton rəhbərliyi də bununla razılaşıb.

Ortaya atılan iddialara münasibət bildirən siyasi şərhçi, politoloq Qabil Hüseynli tampon bölgə yaradılmasındakı əsas məqsədin, türkmənləri qorumaq olduğunu bildirib.

Sputnik-ə açıqlama verən politoloq, xəritə iddialarını şərh etməyin hələ tez olduğunu deyib.

“Xəritələrin yenidən çəkilməsi haqda hələlik heç bir rəsmi açıqlama verilməyib və verilə də bilməz. Bu gedişatın gələcəyindən asılıdır. Ancaq TAMPON bölgə iddialarına gəlincə, burda əsas məqsəd türkmən əhalinin qorunmasından gedir. Zənnimcə, Suriyanın şimalında yaradılacaq bu təhlükəsiz bölgələrə İŞİD və Əsəd zülmündən əziyyət görən türkmənlər yerləşdiriləcək.” — deyə Qabil Hüseynli bildirib.

Politoloq əlavə edib ki, Türkiyə və ABŞ-ın əsas məqsədi son dövrlər bölgədə etnik zəmində yaranan xaousu aradan qaldırmaqdır.

Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
Teqlər:
Ərdoğan və Barack Obama, tampon, xəritə, Fırat, Avropa, Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, İncirlik hərbi bazası, İncirlik bazası, Türkiyə Suriya, İncirlik Hərbi Hava Bazası, ABŞ, İŞİD, Əsəd, Bəşər Əsəd, Rəcəb Tayyib Ərdoğan, Barak Obama, Qabil Hüseynli, Suriya, Türkiyə, ABŞ

Əsas mövzular