21:26 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Seltikin oyunçuları Binəqədidə məktəblilərlə futbol oynayıblar

"Seltik"in oyunçuları Binəqədidə məktəblilərlə futbol oynayıblar

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
3511

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri Binəqədi rayonunda məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar.

BAKI, 4 avqust — Sputnik. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” komandası ilə cavab oyunu üçün Bakıya gələn Şotlandiyanın “Seltik” klubunun üzvləri, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu gün Binəqədi rayonunda məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində olublar. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin Sputnik-ə verdiyi məlumata görə, Komitəsinin sədr müavini Fuad Hüseynov futbol komandasının üzvlərinə və onları müşayiət edən mətbuat nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib.

Hüseynov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.

Sonra “Seltik” futbol klubunun üzvləri məhəllədə olan Zəngilan rayon 4 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olublar və məktəbin idman zalında həmin məktəbin şagirdlərindən ibarət futbol komandası ilə futbol oynayıblar.


Teqlər:
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Ağdam-Seltik futbol, Ağdam-Seltik qarşılaşması, Ağdam-Seltik, Seltik klubu, Qarabağ klubu, Qarabağ futbol klubu, Qarabağ FK, Çempionlar Liqası, İrfan Siddiq

Əsas mövzular