10:53 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
152

Prezident İlham Əliyevin kəskin tənqidindən sonra AZAL biletlərin qiymətini «əhəmiyyətli» dərəcədə aşağı salsa da, o, dünyanın ən bahalı aviaşirkətlərindən biri olaraq qalır.

BAKI, 3 avqust – Sputnik. Dünyanın ən məşhur aviaşirkətlərindən biri — British Airways-in Londondan İstanbula aviabiletləri AZAL-ın Bakıdan İstanbula aviabiletlərdən daha ucuzdur. 

Baxmayaraq ki, prezident İlham Əliyevin kəskin tənqidindən sonra AZAL biletlərin qiymətini «əhəmiyyətli» dərəcədə aşağı salıb, amma o, dünyanın ən bahalı aviaşirkətlərindən biri olaraq qalır.  

Sputnik-in araşdırmasına görə, British Airways-dən hər iki istiqamətdə uçuş bileti Londonun Heathrow aeroportdan İstanbulun Atatürk aeroportuna sentyabr ayında 174 funt-sterlinqdir (cari valyuta kursuna görə, Azərbaycan pulu ilə 285 manat).

Авиарейс Лондон-Стамбул
britishairways
Авиарейс Лондон-Стамбул

Hal-hazırda British Airways birtərəfli biletləri London-İstanbul sərnişinlərinə 128 funt-sterlinqə (bizim pulla 205 manata) təklif edir.

British Airways
britishairways
British Airways

AZAL isə Bakıdan İstanbula uçuş biletlərini 280 manata satır.

Londondan İstanbula hava yolu ilə məsafə 2500 kilometr olduğu halda, Bakıdan İngiltərə paytaxtına cəmi 1785 kilometrdir. Fərq 725 kilometr edir və bu Bakıdan Türkiyənin Trabzon şəhərinə qədərki məsafəyə bərabərdir.

Карта
Google.Map
Карта

Belə olan təqdirdə aydın məsələdir ki, AZAL Londondan İstanbula uçuşu 392 manata təşkil edərdi.  Daha əvvəl AZAL Sputnik Azərbaycanın analitik materialından sonra agentliyə məsləhət görmüşdü ki, Azərbaycan hava yollarının yüksək xidmətini Pegasus kimi aşağı büdcəli aviaşirkətlərnən müqayisə etməsin.

British Airways – dünyanın ən böyük və Birləşmiş Krallığının milli hava yolları şirkətidir. Bu aviaşirkətin 261 müasir təyyarəsi var.

Борт самолета
Борт самолета

«British Airways» aviaşirkətinin 2014-cü ilin aprelinə olan göstəriciləri:

British Airways
British Airways

 "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti 20% endirimlə bilet satışına başlayıb.

Endirim bütün istiqamətlərdəki uçuşlar üçün etibarlıdır.

Prezident İlham Əliyevin sərt tənqidindən sonra, AZAL biletlərin qiymətini aşağı salıb. Aviaşirkət 1 avqustdan başlayaraq, bütün ekonom-klass beynəlxalq uçuşlara  20-30 % endirim edib.

Nazirlər Kabinetinin 2015-ci ilin yarım ili ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev AZAL-a aviabiletlərin qiymətini azaltmaq üçün konkret tapşırıqlar verib.

Teqlər:
AZAL uçuşlar, AZAL qiymətləri, AZAL London, Bakı-İstanbul, aviabiletlərin qiyməti, aviabiletlər, aviabilet, London-İstanbul, British Airways, Azərbaycan Hava Yolları, AZAL, Azərbaycan

Əsas mövzular