08:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11801

Raketlər hərbi hissənin kənarına düşdüyündən türk ordusu itki verməyib və maddi zərər görməyib.

BAKI, 3 avqust – Sputnik. PKK terrorçuları Türkiyənin Van vilayətində yerləşən hərbi hissəyə raketlərlə hücum ediblər. Lakin terrorçuların bu cəhdi uğursuzluqla nəticələnib. Atılan raketlər hərbi hissənin kənarına düşüb. Türk ordusu itki verməyib və maddi zərər görməyib.

Hadisə ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da yazılı açıqlama yayıb.

“Separatçı terror təşkilatı mənsubları Van şəhərindəki hərbi hissəyə raketlərlə hücum etmiş, lakin terrorçuların mənfur niyyətləri puç olmuşdur. Heç bir əsgər itkisi yaşanmamış, hərbi hissəyə hər hansı zərər dəyməmişdir.” — deyə Baş Qərargahın bəyanatında qeyd olunur.

Teqlər:
PKK terrorçuları, türk ordusu, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, PKK, Türkiyə

Əsas mövzular