17:45 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
12611

İmtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178-i imtahana gəlməyib.

BAKI, 3 avqust — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirdiyi qabiliyyət imtahanının nəticələri açıqlanıb.

TQDK-nın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, imtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib.

İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10-dan 17-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Apelyasiya komissiyası TQDK-nın A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.


Teqlər:
jurnalist olmaq üçün, jurnalist olmaq, TQDK, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan

Əsas mövzular