06:20 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
18710

Cavid Qurbanov: Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiymətini bu istiqamətdə hərəkətdə olan avtobuslardakı qiymətlərdən xeyli ucuz etməyə çalışacağıq.

BAKI, 3 avqust — Sputnik. Sentyabrın 15-dək istismara verilməsi nəzərdə tutulan Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarına biletin qiymətini çalışacağıq ki, bu istiqamətdə hərəkətdə olan avtobuslardakı qiymətlərdən xeyli ucuz edək.

Sputnik xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. O deyib ki, bizim üç əsas arqumentimiz var. Bunlar da qiymətlərin ucuz, sərnişinlərin rahatlığının təmin edilməsi və vaxt itkisinin maksimum az olmasını təmin etməkdir.

Qurbanov Bakı ilə Sumqayıt arasında avtomobil yollarında hərəkət edən maşınların sayının 259 min olduğunu deyib. Bildirib ki, bu istiqamətdə hərəkətdə olacaq dəmir yolundan istifadə edəcək şərnişinlərin sayı ümumilikdə 100 mindən çox təşkil edəcək. İlkin mərhələdə dəmir yolu ilə təxminən 20-30 min insan daşınacaq. “Bu gün insanlar Bakı-Sumqayıt arasında təxminən 1-1,20 manat xərcləyirlər. Amma biz tarifləri xeyli ucuz edəcəyik, həmçinin də təxminən 1 saatlıq vaxt itkisi aradan qalxmış olacaq ”, — deyə Qurbanov bildirib.

Teqlər:
avtobus yoxsa qatar, Bakı-Sumqayıt sərnişin qatarı, Bakı-Sumqayıt qatar, Bakı-Sumqayıt-Bakı marşrutu, Azərbaycan Dəmir Yolları QSC, Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dəmir Yolları, Cavid Qurbanov, Sumqayıt, Bakı, Azərbaycan

Əsas mövzular